IMG-LOGO

Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib

07 Aug 2026 01:18 5 baxış
IMG

Hindistan cümə axşamı nüvə silahı daşıya bilən "Agni-4" orta mənzilli ballistik raketin sınaq buraxılışını uğurla həyata keçirib.

Bu barədə "Report" "The Times of India"ya istinadən xəbər verir.

Buraxılış Hindistan Silahlı Qüvvələrinin strateji komandanlığının rəhbərliyi altında Çandipur (Odişa ştatı) poliqonundan həyata keçirilib.

Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, sınaq raketin bütün əməliyyat və texniki parametrlərə uyğunluğunu təsdiqləyib. "Agnı-4" nüvə silahı daşıya bilən, təxminən 4 min km uçuş məsafəsinə malik mobil ballistik raketdir. Sınaq onun istismara hazır olduğunu təsdiqləyib.

Mənbə: report.az

Xəbər lenti