IMG-LOGO

Rusiyanın Ukraynada "Ukrpoçta" deposuna endirdiyi zərbə nəticəsində iki nəfər ölüb

06 Aug 2026 20:58 10 baxış
IMG

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində "Ukrpoçta"nın çeşidləmə deposuna və səyyar şöbələrinin bazasına Rusiyanın "Banderol" dron-raketi ilə endirdiyi zərbə nəticəsində şirkətin iki qadın əməkdaşı həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Ukrpoçta" SC-nin baş direktoru İqor Smilyanski "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində şirkətin mexaniki də yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur.

Smilyanski qeyd edib ki, zərər çəkmiş depo Pavloqrada və rayonun yaxınlıqdakı kəndlərinə xidmət göstərirdi.

Eyni zamanda o vurğulanıb ki, pensiyaların, dərmanların, bağlamaların və məktubların çatdırılması qrafik üzrə davam etdiriləcək, lakin ilk günlərdə proseslərin yenidən tənzimlənməsi səbəbindən kiçik gecikmələr mümkündür.

"Zərbə zamanı məhv edilmiş hər şeyi müştərilərə mütləq kompensasiya edəcəyik", - o vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti