IMG-LOGO

Braziliyada təyyarə qəzası ilə bağlı "Voepass"ın 16 əməkdaşına ittiham irəli sürülüb

07 Aug 2026 06:47 5 baxış
IMG

Braziliyanın Federal Polisi 2024-cü ildə 62 nəfərin ölümünə səbəb olan təyyarə qəzası ilə əlaqədar "Voepass" aviaşirkətinin 16 hazırkı və keçmiş işçisinə qarşı ittiham irəli sürüb.

"Report"un Braziliya mediasına istinadən məlumatına görə, istintaq şirkətin işçiləri tərəfindən mümkün səhlənkarlıq, qanun pozuntuları və hərəkətsizliyi aşkar edib.

Təqsirləndirilən şəxslər arasında "Voepass"ın sahibi və prezidenti Xose Luis Felisio Filyo da var. Digər təqsirləndirilən şəxslər hava nəqliyyatının təhlükəsizliyinə təhlükə yaratmaqda ittiham olunurlar. Təqsirləri sübut olunsa, onları 12 ilə qədər həbs cəzası ilə gözləyir.

Qəza 9 avqust 2024-cü ildə San-Paulu ştatının Vinyedo şəhərində baş verib. Kaskaveldən Quarulyos hava limanına uçan ATR 72-500 təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 58 sərnişin və dörd heyət üzvü həlak olub.

İstintaqın məlumatına görə, qəzaya şiddətli buzlaşma, buzlaşma əleyhinə sisteminin nasazlığı və təyyarənin zəif texniki xidməti ilə müşayiət olunan əlverişsiz hava şəraiti səbəb olub. Lakin Braziliya Prokurorluğu hələlik hadisə ilə əlaqəli olanlara qarşı əlavə ittihamlar irəli sürüb-sürməmək barədə qərar verməyib.

Mənbə: report.az

Xəbər lenti