IMG-LOGO

Tramp: ABŞ-nin əhəmiyyətli miqdarda sursat ehtiyatı var

07 Aug 2026 01:42 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların əhəmiyyətli miqdarda sursat ehtiyatı var və silahlar mövcudluğu baxımından əla vəziyyətdədir.

"Report"un məlumatına görə, ABŞ lideri bu açıqlamanı Ağ Evin Oval kabinetdə çıxışı zamanı verib.

"Dünyanın hər yerində sursat ehtiyatlarımız var. Əgər bizə nə vaxtsa lazım olsaydı, onlardan istifadə edərdik", - Tramp vurğulayıb.

Onun sözlərinə görə, ABŞ çoxlu miqdarda sursata sahibdir və hərbi əməliyyatlar aparmaq üçün lazımi resurslara malikdir. Tramp həmçinin qeyd edib ki, ölkənin həmişə daha çox silahı olub.

İranla bağlı vəziyyətə münasibət bildirən ABŞ Prezidenti bildirib ki, onun fikrincə müharibə tezliklə bitəcək.

Mənbə: report.az

Xəbər lenti