IMG-LOGO

İmişlidə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

06 Aug 2026 22:12 4 baxış
IMG

İmişli rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Rəsullu kəndində qeydə alınıb.

Kənd sakini, 2021-ci il təvəllüdlü Ö.Xəlilovun idarə etdiyi velosiped hərəkətdə olan zaman traktora çırpılıb. Nəticədə azyaşlı traktorun altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti