Böyük Britaniyanın Vollebak şirkəti gündəlik istifadə olunsa belə, 30 gün yuyulmadan geyinilə bilən futbolka hazırladığını açıqlayıb.
Lent.az xəbər verir ki, gümüş örtüklü liflərlə hazırlanan xüsusi parça bakteriyaların çoxalmasını azaldaraq xoşagəlməz qoxunun yaranmasının qarşısını alır.
Şirkətin iddiasına görə, material həm də statik elektriki azaldır. Futbolkanın satış qiyməti isə 295 funt sterlinqdir.
futbolka
Mənbə: lent.az