“Apple”ın ənənəvi sentyabr təqdimatına az vaxt qalıb və şirkətin bu il də bir sıra yeni məhsullarını təqdim edəcəyi gözlənilir.
Lent.az xəbər verir ki, sızan məlumatlara görə, tədbirin əsas diqqət mərkəzində “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və ilk qatlanan “iPhone Ultra” olacaq.
Bundan əlavə, “Apple Watch Series 12”, “Apple Watch Ultra 4”, yeni “AirPods”, yenilənmiş “Mac” modelləri, “Apple TV” və “HomePod” cihazlarının da təqdim olunacağı iddia edilir.
Məlumata görə, “Apple” bu dəfə də əsas yenilikləri sentyabr tədbirində nümayiş etdirəcək və yeni cihazların satışına təqdimatdan qısa müddət sonra başlanması gözlənilir.
Bununla belə, təqdim olunacaq məhsulların siyahısı şirkət tərəfindən hələ rəsmi təsdiqlənməyib.
AppleMənbə: lent.az