IMG-LOGO

Sabah Sabunçu rayonunun bir sıra ərazilərində qaz olmayacaq

06 Aug 2026 23:19 4 baxış
IMG

Sabah Bakının Sabunçu rayonunun bir sıra ərazilərində qaz olmayacaq.

"Report" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə.Dadaşov, Y.Saratov, M.Kalinin, Ş.Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxanov qəsəbəsinin M.Əmirov, R.Qəmbərov, R.Axundov, S.Qocayev, K.Kamilov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mənbə: report.az

Xəbər lenti