IMG-LOGO

"Real" Vinisiusla müqavilənin müddətini uzadıb

06 Aug 2026 22:13 4 baxış
IMG

İspaniyanın "Real" klubu braziliyalı hücumçu Vinisius Juniorla müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında keçirilən danışıqlar uğurla başa çatıb. Onun yeni sözləşməsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2018-ci ildən "Real"ın formasını geyinir. Onun hazırkı müqaviləsinin müddəti 2026/2027 mövsümünün sonunadək qüvvədədir.

Mənbə: report.az

Xəbər lenti