IMG-LOGO

Bakıya güclü yağış, rayonlara qar yağacaq - PROQNOZ

06.12.2023 12:31 98 baxış
IMG

Dekabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarında yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mulayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Xəbər lenti