IMG-LOGO

Niyə dəfnə yarpağını soyuducuda bir saat saxlamalısınız: təcrübəli evdar qadınların MƏSLƏHƏTİ

03 Aug 2026 19:46 4 baxış
IMG
4 0

Soyuducuda yaranan xoşagəlməz qoxunu aradan qaldırmaq üçün adi dəfnə yarpağından istifadə etmək mümkündür. Bu üsul uzun illərdir tətbiq olunur və xüsusilə yay aylarında, qidaların daha tez xarab olduğu vaxtlarda faydalı hesab edilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, quru dəfnə yarpağı qoxuları özünə çəkməsə də, tərkibindəki efir yağları tədricən buxarlanaraq sarımsaq, balıq və kələm kimi məhsulların kəskin qoxusunu zəiflətməyə kömək edir.

Dəfnə yarpağından istifadə etmək üçün bir ədəd quru yarpağı soyuducunun üst rəfinə qoymaq, qapını bağlayıb təxminən bir saat saxlamaq kifayətdir. Daha sonra yarpaq mütləq götürülməlidir. Mütəxəssislər dəfnə yarpağını soyuducuda bir neçə gün saxlamağı məsləhət görmür. Çünki onun ətri qidalara hopa bilər.

Dəfnə yarpağı evdə başqa məqsədlərlə də istifadə olunur. Məsələn, kartof saxlanılan yeşikdə həşəratları uzaqlaşdırmağa, zibil qabının dibində xoşagəlməz qoxunu azaltmağa, paltar və ya yataq dəsti şkafında isə yüngül ətir verməyə və güvədən qorumağa kömək edə bilər.

Bununla belə, soyuducuda xoşagəlməz qoxu tez-tez yaranırsa, bu, daha ciddi problemdən xəbər verə bilər. Belə halda məhsulların son istifadə tarixini yoxlamaq, qabların kip bağlandığına əmin olmaq və soyuducunu mütəmadi təmizləmək lazımdır. Dəfnə yarpağı yalnız müvəqqəti həll sayılır və düzgün təmizliklə qidaların doğru saxlanmasını əvəz etmir.

Evdə qoxunu azaltmaq üçün limon qabığı və üyüdülmüş qəhvədən də istifadə edilir. Limon havanı tez təravətləndirsə də, təsiri qısa müddətli olur. Üyüdülmüş qəhvə isə qoxunun bir hissəsini udsa da, zamanla özü də güclü ətir yaymağa başlayır.

Dəfnə yarpağı isə qısa müddət istifadə edildikdə daha yumşaq təsir göstərir və vaxtında soyuducudan çıxarıldıqda qidaların dadına və qoxusuna təsir etmir.

Maraq dəfnə yarpağı

Mənbə: lent.az

Xəbər lenti