IMG-LOGO

Kəsilmiş pomidoru necə saxlamaq olar? - hamı bu səhvə yol verir

03 Aug 2026 14:33 5 baxış
IMG
0 0

Yay mövsümündə yetişən şirəli pomidorların dadını və təravətini mümkün qədər uzun müddət qorumaq üçün onları düzgün seçmək və saxlamaq vacibdir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, fermer Mett Hau pomidorun həm alış zamanı, həm də sonradan necə saxlanmalı olduğunu izah edib.

Mütəxəssis bildirir ki, keyfiyyətli pomidor seçərkən ilk növbədə onun yetişmə dərəcəsinə diqqət yetirmək lazımdır. Yaxşı pomidor barmaqla yüngül basıldıqda azacıq batmalı, lakin həmin iz qısa müddət sonra yenidən düzəlməlidir. Əgər iz qalırsa, bu, pomidorun artıq tam yetişdiyini göstərir. Əgər pomidor sərtdirsə, onu otaq temperaturunda bir neçə gün, bəzən isə bir həftəyə qədər saxlayaraq yetişməsini gözləmək olar.

Bundan başqa, pomidorun rəngi hər tərəfdə eyni olmalıdır. Saplaq hissəsində yaşıl budaq və ya yarpaqların qalması da meyvənin təzə dərildiyinin əlaməti hesab edilir.

Pomidor necə saxlanmalıdır?

Fermerin sözlərinə görə, bütöv pomidorları həm marketdən, həm də bazardan aldıqdan sonra otaq temperaturunda saxlamaq lazımdır. Soyuducu pomidorun dadına mənfi təsir göstərdiyi üçün onu birbaşa günəş şüalarından uzaq, mətbəx masasının üzərində saxlamaq daha məqsədəuyğundur. Əgər yetişmə prosesini bir qədər ləngitmək istəyirsinizsə, məsələn, evdə olmayacağınız günlər üçün, pomidorları soyuducuya yerləşdirə bilərsiniz. Yetişmiş pomidorları alışdan sonra 2-5 gün ərzində istehlak etmək tövsiyə olunur.

Kəsilmiş pomidoru necə saxlamaq lazımdır?

Əgər pomidorun yarısı qalıbsa, ən yaxşı seçim onu dərhal duzlayıb yeməkdir. Saxlamaq lazım gəldikdə isə pomidoru kəsilmiş hissəsi aşağı olmaqla şüşə qaba və ya qapağı kip bağlanan başqa bir qaba yerləşdirib soyuducuya qoymaq lazımdır.

Kəsilmiş pomidoru açıq şəkildə soyuducuda saxlamaq düzgün deyil. Çünki o, qısa müddətdə nəmini itirir, ertəsi gün isə şirəliliyini itirərək quru və əzintiyə bənzər quruluş alır. Buna görə də hava keçirməyən qabdan istifadə etmək pomidorun təravətini daha uzun müddət qorumağa kömək edir.

Maraq pomidor kəsilmiş pomidor

Mənbə: lent.az

Xəbər lenti