IMG-LOGO

Daha bir məktəbli qızılcadan öldü

05 Dec 2023 17:53 255 baxış
IMG

Neftçalada 10 yaşlı uşaq ölüb. 

Lent.az xəbər verir ki, Aşağı Surra kənd sakini, 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızının evdə halı pisləşib və xəstəxanaya aparılarkən yolda keçinib. Onun bir həftə əvvəl qızılcaya yoluxduğu və ev şəraitində müalicə aldığı qeyd edilir. Uşağa əvvəllər qızılca əleyhinə peyvəndin vurulmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, məktəblinin qızılcaya yoluxmasından sonra təhsil müəssisəsi dezinfeksiya edilib. Digər şagirdlərin səhhəti nəzarətdə saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu, son günlər ərzində qızılcadan həyatını itirən dördüncü uşaqdır. /APA

Mənbə: lent.az

Xəbər lenti