IMG-LOGO

Kostanyan: Ermənistan və Fransa mayda strateji tərəfdaşlıq sənədi imzalayacaqlar

23 Apr 2026 01:44 5 baxış
IMG

Ermənistan və Fransa may ayının əvvəlində strateji tərəfdaşlıq sənədi imzalamaq niyyətindədirlər.

"Report" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İctimai Televiziyanın efirində bildirib.

Onun sözlərinə görə, imzalanma Fransa Prezidenti Emmanuel Makronun ölkəyə səfəri zamanı baş tutacaq.

"Fransa Prezidenti Emmanuel Makron Ermənistana dövlət səfəri edəcək. Ermənistan-Fransa münasibətlərinin dərinləşdirilməsinə yönəlmiş geniş gündəliyimiz var. Bu səfər zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq", - Kostanyan qeyd edib.

O, hərbi-texniki əməkdaşlıq da daxil olmaqla, müxtəlif sahələr üzrə bir sıra digər əməkdaşlıq müqavilələrinin də planlaşdırıldığını aydınlaşdırıb.

Qeyd edək ki, E.Makron mayın 4-5-də Ermənistana dövlət səfəri edəcək.

Xəbər lenti