IMG-LOGO

"RES2026"in 2026–2030-cu illəri əhatə edən Fəaliyyət Proqramı qəbul edilib

22 Apr 2026 13:37 5 baxış
IMG

Qazaxıstanın Astana şəhərində keçirilən regional ekoloji sammitin (RES2026) yekunlarına əsasən birgə bəyannamə və 2026–2030-cu illəri əhatə edən regional fəaliyyət proqramı qəbul olunub.

"Report" xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmonun mətbuat xidməti məlumat yayıb.

Çıxışı zamanı Rəhmon bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın formalaşdırılmasının vacibliyini vurğulayıb. Prioritetlər sırasında həmçinin ekoloji investisiyaların cəlb edilməsi və "yaşıl" istiqrazların buraxılması daxil olmaqla bazar mexanizmlərinin tətbiqi qeyd olunub.

Sonda Rəhmon iştirakçıları "Davamlı İnkişaf üçün Su" onillik fəaliyyət məqsədlərinin icrasına həsr olunacaq beynəlxalq konfransda iştirak etməyə dəvət edib. Konfrans may ayında Düşənbədə keçiriləcək.

Xəbər lenti