IMG-LOGO

Hindistanda Yaxın Şərqdəki böhran səbəbindən mayeləşdirilmiş neft qazının qiyməti qalxıb

07 Mar 2026 13:15 3 baxış
IMG

Hindistan şirkətləri təxminən bir il ərzində ilk dəfə olaraq ölkədaxili istehlakçılar üçün mayeləşdirilmiş neft qazının (LPG) qiymətlərini qaldırıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Buna səbəb Yaxın Şərqdən tədarükü pozan ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda dünya qiymətlərinin artması olub.

Hindistanın ən böyük LPG istehsalçısı və satıcısı olan "Indian Oil Corp" Dehlidə 14,2 kq-lıq LPG balonunun qiymətini 7% artıraraq 913 rupiyə (9,93 dollar) qaldırıb. Paralel olaraq digər dövlət şirkətləri: "Bharat Petroleum Corp" və "Hindustan Petroleum Corp" da qiymətləri artırıb.

Cümə günü Hindistan hökuməti neft emalı şirkətlərinə ölkədə qaz qıtlığının qarşısını almaq üçün LPG istehsalını artırmağı tapşırıb.

Xəbər lenti