“Kurtlar Vadisi” serialında rol alan aktyorlardan biri Nevzat Yakışırboy Türkiyənin Aydın şəhərində yol üstündə başqa bir sürücü ilə dalaşıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, motosikletlə hərəkətdə olan aktyorla avtomobil sürücüsü arasında mübahisə yaranıb.
Tərəflər arasında başlayan sözlü qarşıdurma qısa müddətdə gərginləşib. Avtomobil sürücüsünün Yakışırboya “Nə olub, artistsən?” deməsi sənətçini daha da əsəbiləşdirib.
Bundan sonra Nevzat Yakışırboy motosikletdən düşərək sürücünün üzərinə gedib və onu avtomobildən enməyə çağırıb. Görüntülərdə aktyorun qarşı tərəfə sərt ifadələr və söyüşlər işlətdiyi də əks olunub.
Hadisənin hansı səbəbdən başladığı və tərəflərin bir-birindən şikayətçi olub-olmadığı barədə məlumat verilməyib.
Sizin brauzer video tagını dəstəkləmir. Nevzat Yakışırboy Kurtlar Vadisi Türkiyə aktyor yol mübahisəsi davaMənbə: lent.az