IMG-LOGO

UEFA 96 yığmanın oynayacağı yeni turnir yaradır

21 Aug 2026 17:36 2 baxış
IMG
3 0

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) 96 milli komandanın iştirak edə biləcəyi ortaq futbol turnirinin yaradılması ilə bağlı danışıqlara başlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni yarışın 2028-ci ildən keçirilməsi nəzərdə tutula bilər. Söhbət UEFA və CONCACAF-a üzv bütün ölkələri birləşdirəcək genişləndirilmiş Millətlər Liqası formatından gedir. Turnirin iki ildən bir təşkil olunması müzakirə edilir.

Layihəyə Asiya Futbol Konfederasiyasının (AFC) da maraq göstərdiyi bildirilir. Bu baş verərsə, gələcəkdə turnirin coğrafiyası daha da genişlənə bilər.

Yeni təşəbbüs FİFA prezidenti Canni İnfantino ətrafında yaranmış ciddi böhran fonunda gündəmə gəlib. UEFA, CONCACAF və AFC son həftələr İnfantinonun idarəçilik üsulunu sərt tənqid edib və onun istefasını tələb edən mövqe ortaya qoyublar.

İdman xəbərləri UEFA milli komandalar futbol futbol turnirləri

Mənbə: lent.az

Xəbər lenti