Zaqatalada “VAZ 21099” ağaca çırpılıb, sürücü sükan arxasında yanaraq ölüb.
Lent.az xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndinə girişdən keçən hissəsində baş verib.
Belə ki, Yeni Suvagil sakini, 1998-ci il təvəllüdlü Əfqan Əfəndi oğlu Mülkümovun idarə etdiyi “VAZ21099” markalı 62-BM-725 qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirməsi səbəbilə yol kənarındakı ağaca çırpılıb.
Qəzadan sonra avtomobil yanmağa başlayıb. Sürücü Ə. Mülkümov sükan arxasında qəza zamanı aldığı ağır xəsarətlərdən və avtomobildə baş verən yanğından yanaraq ölüb.
Avtomobil Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Ə. Mülkümovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı müvafiq qrumlarda araşdırma aparılır.
Hadisələr yanğın Zaqatala zaqatala newsMənbə: lent.az