Tesla Çində 2,98 milyon Çin istehsalı və xaricdən gətirilmiş Model 3, Model Y, Model S və Model X avtomobilini geri çağıracaq.
Lent.az xəbər verir ki, buna səbəb qəza və elektrik sisteminin sıradan çıxması zamanı təcili qapı açma mexanizmlərinin istifadəsinin çətin ola bilməsidir.
Problemin həlli proqram təminatının yenilənməsi və xəbərdarlıq nişanlarının əlavə edilməsi ilə həyata keçiriləcək.
Bundan əlavə, Tesla 2,74 milyon Çin istehsalı Model 3 və Model Y üçün sürücünün diqqətinə nəzarət sistemini təkmilləşdirən proqram yeniləməsi tətbiq edəcək.
TeslaMənbə: lent.az