IMG-LOGO

“Fənərbağça”nın qapıçısı "Barselona"da oynayacaq

21 Aug 2026 19:19 2 baxış
IMG
0 0

“Barselona” “Fənərbağça”nın və Xorvatiya millisinin qapıçısı Dominik Livakoviçlə icarə əsasında əməkdaşlığın şərtlərini razılaşdırıb.

Lent.az xəbər verir ki, Kataloniya klubu xorvatiyalı futbolçu ilə şifahi razılığa gəlib. Söhbət 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulan icarədən gedir.

“Barselona” gələn yay Voyçex Şçesnını əvəzləmək üçün Livakoviçin transfer hüquqlarını tam almağı planlaşdırır.

Transferin məbləği 2 milyon avro olaraq qiymətləndirilir. Bundan əlavə, müqavilədə daha 2 milyon avro bonus nəzərdə tutulub.

İdman xəbərləri futbol Fənərbağça Barselona qapıçı

Mənbə: lent.az

Xəbər lenti