Bakının Səbail rayonunda motosiklet sürücüsünün kobud qayda pozması qəzaya səbəb olub.
Lent.az xəbər verir ki, hadisə Bibiheybət yolunda, "Jurnalistlər Binası"nın qarşısında qeydə alınıb.
Sol yolla hərəkət edən motosiklet sürücüsü təhlükəli manevr edərək sağ zolağa keçərək dönmək istəyib. Nəticədə sağ zolaqla hərəkət edən avtomobil motosikleti vurub. Avtomobil sürücüsünün çevikliyi nəticəsində qəza yüngül ötüşüb.
Lent.az hadisə anının görüntülərini təqdim edir:
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr qəza jurnalistlər binasıMənbə: lent.az