IMG-LOGO

Ötən il Bakıda 39 qətl törədilib

21 Jan 2026 16:01 2 baxış
IMG

Ötən il Bakıda 14 104 cinayət hadisəsi törədilib.

"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində deyilib.

Bildirilib ki, həmin cinayətlərin 93,4 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətlərindən və 19 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.

Xəbər lenti