IMG-LOGO

Gəncədə 65 yaşlı kişi öldürüldü, polis qatili saxladı

21 Aug 2026 20:30 2 baxış
IMG
2 0

Gəncədə qətl hadisə baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin “2705” dairəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü M. Musayev bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gəncə qətl

Mənbə: lent.az

Xəbər lenti