IMG-LOGO

Azərbaycanda işıqlandırma üçün müxtəlif növ lampalardan istifadəyə yol veriləcək

07 Mar 2026 13:16 4 baxış
IMG

Energetika Nazirliyinin Kollegiyası 27 iyun 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydaları"nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı nazir, Kollegiyanın sədri Pərviz Şahbazov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda işıqlandırma üçün müxtəlif növ lampalardan istifadəyə yol veriləcək. İndiyə qədər bunun üçün konkret olaraq aşağı təzyiqli boşaldıcı, yüksək təzyiqli və közərmə lampalarından istifadəyə icazə verilirdi.

Xəbər lenti