IMG-LOGO

Dubay beynəlxalq hava limanları fəaliyyətlərini qismən bərpa edir - YENİLƏNİB

07 Mar 2026 13:01 4 baxış
IMG

Dubayın iki beynəlxalq hava limanının dövlət operatoru olan "Dubai Airports" şirkəti onların fəaliyyətinin qismən bərpa olunduğunu təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilib.

Məlumata görə, bir sıra reyslər Dubay Beynəlxalq Hava Limanından (DXB) və Əl-Maktum - "Dubai World Central" (DWC) hava limanından həyata keçiriləcək.

Bəyanatda bildirilib: "Səyahət edənlərə aviaşirkətləri tərəfindən uçuşun bron edilməsi təsdiqlənmədiyi təqdirdə DXB və ya DWC hava limanlarına getməkdən çəkinmələri şiddətlə tövsiyə olunur, çünki cədvəl daim dəyişir".

Həmçinin, vurğulanıb ki, "Dubai Airports" müvafiq qurumlarla koordinasiyalı şəkildə vəziyyəti diqqətlə izləməyə davam edir.

Qeyd edək ki, Dubayda iki beynəlxalq hava limanı - DXB və DWC fəaliyyət göstərir.

12:08

Dubay Beynəlxalq Hava Limanı təhlükəsizlik mülahizələrinə görə təyyarələrin qəbulunu və yol salınmasını dayandırıb.

"Report" xəbər verir ki, bu barədə "Dubai Media Office" "X" sosial şəbəkəsində məlumat yayıb.

"Sərnişinlərin, hava limanı personalının və aviaşirkət heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Dubay Beynəlxalq Hava Limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik protokollarına uyğun olaraq həyata keçirilir", - bəyanatda bildirilib.

Hava limanının fəaliyyətinin bərpa olunma vaxtı hələlik dəqiqləşdirilməyib.

Xəbər lenti