"Emirates" aviaşirkəti Dubaya və əks istiqamətə bütün uçuşların növbəti bildirişə qədər dayandırıldığını elan edib.
"Report" xəbər verir ki, bu barədə şirkət "X" sosial şəbəkəsində məlumat yayıb.
"Dubaya və Dubaydan bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb. Xahiş edirik, hava limanına gəlməyin. "Emirates" yenilənmələr olduqca məlumat verəcək. Müştərilərimizə anlayış və səbrə görə təşəkkür edirik. Sərnişinlərimizin və heyətimizin təhlükəsizliyi bizim üçün ən yüksək prioritetdir və təhlükə altına qoyulmayacaq", - bəyanatda bildirilib.
Daha əvvəl, şənbə günü səhər saatlarında KİV İranın ABŞ-nin Dubaydakı hərbi bazasına zərbələr endirməsi barədə məlumat yayıb.
Şəhər rəsmiləri təsdiqləyiblər ki, səhər saatlarında dronları zərərsizləşdirdikdən sonra qalıqların düşməsi nəticəsində cüzi insident baş verib. Vəziyyət operativ şəkildə lokallaşdırılıb.
İlkin məlumata görə, partlayış Dubay hava limanı ərazisində baş verib.