Bakıda bu marşrut xətti də "BakuBus"a verilir.
Bu barədə Lent.az-a AYNA-dan məlumat verilib.
Qeyd olunub ki, metronun “28 May” stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 9-dan "BakuBus" MMC xəttin istismarını həyata keçirəcək.
Marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
49 saylı marşrut xətti BakuBus