IMG-LOGO

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun heyəti təxliyə olundu

07 Mar 2026 09:42 4 baxış
IMG
1 0

Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun heyətinin təxliyəsi başa çatıb.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Ayxan Hacızadə qeyd edib ki, Tehrandakı səfirliyimizin heyətinin isə böyük hissəsi təxliyə edilib.

Qeyd edək ki, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verildiyini bəyan edib.

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi

Xəbər lenti