IMG-LOGO

"Fox News": ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı qrupu göndərməyə hazırlaşır

07 Mar 2026 09:06 4 baxış
IMG

ABŞ "USS George H.W. Bush" aviadaşıyıcısının rəhbərlik etdiyi üçüncü aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqə göndərməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Telekanalın jurnalisti Lukas Tomlinsonun sözlərinə görə, üçüncü təyyarədaşıyan qrup tezliklə Atlantik okeanını keçəcək və İrana qarşı əməliyyata qoşula biləcək.

Qeyd olunub ki, ABŞ-İsrail hərbi əməliyyatının keçirildiyi ərazidə artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" aviadaşıyıcısı var, ikinci aviadaşıyıcı - "USS Gerald R. Ford" isə hazırda Qırmızı dənizdə yerləşir.

Xəbər lenti