IMG-LOGO

ABŞ və Ekvador hərbçiləri narkotik kartellərinə qarşı birgə əməliyyat keçiriblər

07 Mar 2026 08:43 4 baxış
IMG

ABŞ hərbçiləri Ekvadorda bu ölkənin Silahlı Qüvvələrinin bir qrup şəxsi heyəti ilə narkotik kartellərinə qarşı birgə əməliyyat keçiriblər.

"Report"un xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Cənub Komandanlığının açıqlamasına görə, ABŞ hərbçiləri narkotik kartellərinə qarşı əməliyyatlar aparan Ekvador qoşunlarına dəstək verib.

"Birləşmiş qüvvələrimizi və Ekvador Silahlı Qüvvələrini Ekvadorda narkoterrorçulara qarşı uğurlu əməliyyat münasibətilə təbrik edirəm", - komandanlıq öz rəhbəri Fransis Donovanın sözlərini sitat gətirib.

Reydin nəticələri barədə məlumat verilmir.

Xəbər lenti