ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası və Maliyyə Nazirliyi İranla münaqişə fonunda Hörmüz boğazından dəniz təchizatını normallaşdırmaq məqsədilə Fars körfəzindəki gəmilər üçün 20 milyard dollara qədər sığorta dairəsi ilə təkrarsığorta proqramı başladacaq.
"Report"un xəbərinə görə, bu barədə korporasiya açıqlama verib.
Sənəddə bildirilir ki, Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının təkrarsığorta mexanizmi davamlı olaraq təxminən 20 milyard dollarlıq itkiləri sığortalayacaq.
Proqram İranla münaqişə fonunda Hörmüz boğazından neft, mayeləşdirilmiş təbii qaz, gübrə və digər malların tədarükünü normallaşdırmaq üçün nəzərdə tutulub. Bu barədə isə korporasiyanın baş direktoru Ben Blek bildirib.
"Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə əməkdaşlıq çərçivəsində əhatə dairəsi digər heç bir proqramla müqayisə olunmayan təhlükəsizlik səviyyəsini təmin edəcək. Əminik ki, təkrarsığorta mexanizmimiz neft, benzin, mayeləşdirilmiş təbii qaz, reaktiv yanacaq və gübrənin Hörmüz boğazından yenidən dünyanın digər ölkələrinə buraxılmasına imkan verəcək", - o deyib.