ABŞ bu gecə İrana qarşı ən böyük bombardman kampaniyasını həyata keçirəcək.
"Report"un məlumatına görə, ABŞ-nin maliyyə naziri Skott Bessent bunu "Fox Business"ə müsahibəsində bildirib.
"Bu gecə ən böyük bombardman kampaniyamızı həyata keçirəcəyik və İranın raket buraxılış qurğularına, raket istehsalı müəssisələrinə ən böyük ziyan vuracağıq", - o deyib.