IMG-LOGO

Pakistan Əfqanıstanla danışıqlar üçün şərt qoyub

06 Mar 2026 14:00 7 baxış
IMG

Kabul onun ərazisindən transsərhəd hücumlar həyata keçirən silahlı qruplaşmalara dəstəyi dayandırmayana qədər Pakistan Əfqanıstanla danışıqlara başlamayacaq.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Pakistanın Baş naziri Şahbaz Şərifin dəftərxanasının nümayəndəsi Moşaraf Zaidiyə istinadən məlumat yayıb.

"Heç bir danışıqlar olmayacaq. Əfqanıstanda terrorçuluğa son qoyulmalıdır", - o bildirib.

Xəbər lenti