IMG-LOGO

Ağdamda kənd sakinləri mina xəbərdarlıq dirəklərini sökürlər - REPORTAJ

29 Dec 2025 16:31 3 baxış
IMG

Ağdamda, işğaldan azad edilmiş hissələrdə mina təhlükəli əraziləri göstərmək məqsədilə basdırılan xəbərdarlıq dirəkləri kənd sakinləri tərəfindən sökülüb, aparılır.

"Report" xəbər verir ki, bununla bağlı "BAKU TV"nin ərazidən hazırladığı reportajda bildirilib.

Qeyd edilib ki, yerli sakinlər həmin əraziləri əkirlər, lakin ərazilərin minalı olduğunu diqqətə almırlar.

"BAKU TV"yə danışan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Samir Quliyev vurğulayıb ki, bəzi yerlərdə minaları çıxarıb, müəyyən bir hissəyə düzürlər:

"Bunu sakinlər edir, ya kimsə, məlumatımız yoxdur. Amma ANAMA əməkdaşlarının addımları deyil. ANAMA tərəfindən aşkarlanan minalar təhlükəsiz yerə aparılır, utilizasiya lazımdırsa, edilir.

ANAMA əməkdaşlarının təmizlədiyi hissələr çəpərlənərək, istifadəyə verilib. Digər hallara isə biz cavabdeh deyilik".

Reportajda o da vurğulanıb ki, kənd sakinləri addımları hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, özlərinin və başqalarının həyatına təhlükə törədənlər məsuliyyətə cəlb edilməlidir.

"BAKU TV"nin Ağdamdan hazırladığı reportajı təqdim edirik:

Ağdamda kənd sakinləri mina xəbərdarlıq dirəklərini sökürlər - REPORTAJ

Xəbər lenti