IMG-LOGO

Naxçıvana 1 metrdən çox qar yağıb

28 Feb 2026 13:35 3 baxış
IMG
2 0

Naxçıvanın bəzi ərazilərində qarlı hava şəraiti müşahidə olunub.

Lent.az APA-ya istinadla xəbər verir ki, fevralın 28-nə olan məlumata əsasən muxtar respublikanın bir sıra ərazilərində qar örtüyü qeydə alınıb.

Qar örtüyünün hündürlüyü Şahbuz rayonunda 4 sm, Kəngərli rayonunda 1 sm, Şərur rayonunun Axura kəndində 3 sm, Şahbuz rayonunun Kükü kəndində 68 sm, Biçənək kəndində 33 sm, Culfa rayonunun Göydərə kəndində 1 sm, Parağaçay Qar Uçqunu Stansiyasında isə 34 sm təşkil edir. Parağaçay Qar Uçqunu Stansiyasının 3000 metr yüksəklikdə yerləşən ərazisində isə faktiki qar örtüyünün hündürlüyü 114 sm qeydə alınıb.

Hazırda qar yağışı müşahidə olunmur.

Hava proqnozu

Xəbər lenti