UEFA nümayəndələri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan hakimlərinə seminar keçiblər.
Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən bildirilib.
AFFA-nın dəvəti ilə UEFA Hakimlər Komitəsinin üzvü tərəfindən hakimlər üçün nəzəri və praktiki seminarlar təşkil olunub. Karlos Velasko "Meydanda mövqe seçimi" və "Oyunun idarəolunması" mövzusunda praktiki seminarlar keçib.
UEFA-nın fiziki hazırlıq üzrə məsul şəxsi Verner Helsen isə fiziki hazırlıq, praktiki hərəkətlər və qərarvermə mövzularını əhatə edən seminarda çıxış edib.
AFFA Hakimlər Departamentinin fitnes bölməsinin rəhbəri, əməkdar məşqçi Namiq Quliyevin rəhbərliyi ilə ümumi fiziki hazırlıq üzrə məşqlər də olub, hakimlərin çəki indeksi yoxlanılıb.






