IMG-LOGO

Fuad Hacıyev: "Təməldən təfərrüata" kitabı qazilərin bərpa prosesində istifadə edilib"

28 Feb 2026 13:33 3 baxış
IMG

Azərbaycan İdman Akademiyasının (ASA) Fizioterapiya təhsil proqramı üzrə məsul şəxsi Roman Yahodanın hazırladığı "Təməldən təfərrüata" kitabı hərbi qulluqçuların və qazilərin reabilitasiya prosesinin həyata keçirilməsində rol oynayıb.

"Report" xəbər verir ki, bu barədə ASA-nın rektoru Fuad Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, müharibə və post-müharibə dövründə reabilitasiyadan keçən 110 hərbi qulluqçunun 75%-i sağlamlığı bərpa olunduqdan sonra yenidən ordu sıralarına qayıdıb:

"Bu kitabda öz əksini tapmış kompleks reabilitasiya və bərpa məşq hərəkətləri əsasında hərbi qulluqçuların və qazilərin reabilitasiya prosesinin həyata keçirilməsi qürurverici haldır. Onların 75 faizi ordu sıralarına qayıdıb".

Xəbər lenti