IMG-LOGO

ABŞ İranla bağlı danışıqları mərkəzləşdirir

28 Feb 2026 07:49 2 baxış
IMG

ABŞ Dövlət Katibi Marko Rubio ölkənin Yaxın Şərqdəki səfirlərinə İranla danışıqlara mane ola biləcək açıq açıqlamalar verməkdən çəkinməyi tapşırıb və bununla da İran danışıqlarını mərkəzləşdirib.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti daxili memoranduma istinadən məlumat yayıb.

"Missiya rəhbərlərindən ABŞ siyasətində gərginliyi artıra və ya çaşqınlığa səbəb ola biləcək məsələlərlə bağlı şərh verməkdən çəkinmələri gözlənilir. Xüsusilə bu dövrdə ictimai bəyanatlarda intizam çox vacibdir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, nüvə proqramı ilə bağlı İran-ABŞ danışıqlarının üçüncü raundu dünən Cenevrədə baş tutub. Tramp administrasiyası bu görüşü vəziyyətin diplomatik həlli üçün son şans kimi qiymətləndirib.

"Wall Street Journal" qəzetinin məlumatına görə, Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini sökməkdən və ya nüvə proqramının inkişafına daimi məhdudiyyətlər qoymaqdan imtina edib.

Xəbər lenti