IMG-LOGO

Süni intellekt 40 il əvvəl öldürülən Baş nazirin cinayət işini araşdıracaq

28 Feb 2026 06:47 2 baxış
IMG

Baş nazir Olof Palmenin Stokholm küçəsində güllələnərək öldürülməsindən qırx il sonra isveçlilər hələ də bunun tək silahlı şəxsin işi, yoxsa siyasi sui-qəsd olduğunu düşünürlər. Onilliklər keçməsinə baxmayaraq, cinayət hələ də açılmamış qalır.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, yerli İsveç mediası həvəskar detektivlərin istintaqa qoşulduğunu, yeni yollar tapmaq və rəsmi olaraq 2020-ci ildə bağlanan işi yenidən açmağa səlahiyyətliləri inandırmaq ümidi ilə süni intellektə müraciət etdiklərini bildirib.

Məlumata görə, cinayət podkastı "Spår (İz)"in arxasındakı komanda, İsveç və Belçika İT şirkətləri tərəfindən xüsusi olaraq hazırlanmış süni intellekt mühərrikindən istifadə edərək qətlin əsas nəzəriyyələrini araşdırmağa başlayıb.

"Bu, demokratik yolla seçilmiş baş nazirimizin öldürülməsi ilə bağlıdır. Biz bu işi sadəcə bağlaya bilmərik", - podkastın aparıcısı Anton Berq bildirib. Layihə süni intellekt işinin nəticələrini tədricən təqdim etməyi planlaşdırır.

Qeyd etmək lazımdır ki, "Spår" hələlik istintaqda heç bir irəliləyiş əldə etməyib. Lakin, süni intellekt alətlərinin öyrənmə və təkmilləşdirmə qabiliyyətinə işarə edən Berq, bu alətin istintaqın yenidən açılmasına imkan verəcək qədər inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti