IMG-LOGO

ABŞ İraqın Baş naziri vəzifəsinə əsas namizədi geri çəkilməyə çağırıb

28 Feb 2026 04:35 2 baxış
IMG

ABŞ Prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İraqın Baş naziri və İraq Şiə Hərəkatları və Bloklarının Koordinasiya Şurası vəzifəsinə əsas namizəd Nuri əl-Malikiyə Baş nazir olmaq ambisiyasından əl çəkməyi tövsiyə edib.

"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Mənbələr bildirib ki, Bağdadda Barrakla əl-Maliki arasında keçirilən görüşdə Trampın xüsusi nümayəndəsi ona Baş nazir namizədliyindən geri çəkilməsi zərurəti barədə məlumat verib.

Baş nazirliyə namizədlə görüşməklə yanaşı, Barrakı İraq kabinetinin hazırkı rəhbəri Məhəmməd əl-Sudani də qəbul edib. "Al Hadath"ın mənbələrinin məlumatına görə, Trampın xüsusi nümayəndəsi hazırkı baş nazirə Vaşinqton nümayəndələrinin əl-Maliki ilə heç bir şəxsi problemi olmadığına əminlik verib.

Barrakla görüşlərdən sonra yayılan mətbuat açıqlamalarında Amerika xüsusi nümayəndəsinin "tövsiyələri"ndən heç bir bəhs edilməyib. Vurğulanıb ki, İraq rəhbərliyi milli maraqları prioritetləşdirməyə sadiqdir.

Söhbətlər zamanı həmçinin ikitərəfli münasibətlər, regiondakı ümumi vəziyyət və eskalasiyanın İraq üçün potensial mənfi nəticələrinin qarşısının alınmasının vacibliyi müzakirə olunub.

Xəbər lenti