Pakistan Silahlı Qüvvələri ilə toqquşmalarda həlak olan Əfqanıstan hərbçilərinin sayı ən azı 297-yə çatıb, 450-dən çoxu yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaulla Tarar "X" hesabında yazıb.
Onun sözlərinə görə, Pakistan ordusu tərəfindən Əfqanıstanın 29 hədəfinə hava hücumları həyata keçirilib, 89 nəzarət məntəqəsini məhv edilib, daha 18-i isə nəzarət altına alınıb.
Bundan əlavə, tanklar, zirehli personal daşıyıcıları və artilleriya da daxil olmaqla 135-dən çox hərbi texnikaya ziyan dəyib.