IMG-LOGO

Omanın XİN rəhbəri İran məsələsində əhəmiyyətli irəliləyişlərə ümid edir

27 Feb 2026 23:11 4 baxış
IMG

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb.

"Report" xəbər verir ki, Bədr əl-Busaidi bu barədə "X"dəki hesabında məlumat yayıb.

"Söhbət zamanı Cey Di Vensə ABŞ ilə İran arasında davam edən danışıqların təfərrüatlarını və indiyədək əldə edilmiş irəliləyiş barədə məlumat verdim" , - Omanın xarici işlər naziri bildirib.

Bədr əl-Busaidi qarşıdakı günlərdə daha əhəmiyyətli və həlledici irəliləyiş gözlədiyini əlavə edib: "Sülh əlimizin altındadır".

Xəbər lenti