İtaliyanın Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarını İranı tərk etməyə çağırıb və davam edən qeyri-sabit təhlükəsizlik vəziyyətinə görə Yaxın Şərqdə son dərəcə ehtiyatlı olmağı tövsiyə edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Turist kimi İranda olan və ya orada qalmaqları ciddi zərurət daşımayan italyanlara ölkəni tərk etmələri qətiyyətlə tövsiyə olunur", - nazirliyin bəyanatında deyilir. Bununla yanaşı, İraq və Livana da səfərlər tövsiyə edilmir.
İsraildə olan İtaliya vətəndaşlarına maksimum ehtiyatlı olmaq və yüksək sayıqlıq göstərmək məsləhət görülüb.