IMG-LOGO

Biləsuvar və Cəlilabadda güclü külək bir sıra fəsadlara səbəb olub

27 Feb 2026 22:12 4 baxış
IMG

Biləsuvar və Cəlilabad rayonlarında əsən güclü külək bir sıra fəsadlara səbəb olub.

"Report"un Muğan bürosunun məlumatına görə, külək Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələrə səbəb olub, bir neçə irigövdəli ağacı yerindən qoparıb.

Ağaclardan biri evin üzərinə düşüb və şəxsi tikilinin damına ziyan dəyib.

Bundan başqa külək Cəlilabad rayonunda da bəzi əraziləri işıqsız qoyub. Hazırda hər iki rayon ərazisində külək müşahidə olunur və leysan yağır.

Xəbər lenti