"Gəncə şəhərindəki sənaye müəssisələri ilə əməkdaşlıq üçün geniş imkanlarımız var".
"Report"un Qərb bürosunun məlumatına görə, bunu İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüş ərəfəsində bildirib.
Səfir Gəncə şəhərindəki sənaye müəssisələri ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Qeyd edək ki, görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün digər imkanlar da müzakirə olunub.