Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Fransanın La-Şapel-Sen-Lyuk şəhərində keçirilən Qran-Pridə gümüş medal qazanıb.
Bu barədə "Report"a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Təmsilçimizə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) 233.1 xalla gümüş medal əldə edib.
Qeyd edək ki, daha əvvəl digər paragüllə atıcımız Aybəniz Babayeva fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
20:05
Azərbaycanın paragüllə atıcısı Aybəniz Babayeva Fransanın La-Şapel-Sen-Lyuk şəhərində keçirilən Qran-Pridə gümüş medal qazanıb.
Bu barədə "Report"a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Təmsilçimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P2) 220.8 xalla gümüş medala sahib çıxıb.