IMG-LOGO

Rusiya Sumı vilayətinə zərbə endirib, iki qadın ölüb

27 Feb 2026 20:42 3 baxış
IMG

Rusiya Ukraynanın Sumı vilayətinin Şostka rayonunda yerləşən aqrar müəssisəyə zərbə endirib, nəticədə iki işçi ölüb.

"Report" xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Qriqorov teleqram kanalında bildirib.

"Aqrar müəssisənin iki işçisi - 72 və 67 yaşlı qadınlar ölüblər. Onların meyitləri dağıntılar altından çıxarılıb", - Qriqorov yazıb.

Qeyd olunub ki, daha bir işçi - 60 yaşlı qadın ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, həkimlər zəruri yardımı göstərirlər.

Xəbər lenti