IMG-LOGO

Voleybol üzrə Yüksək Liqada UNEC və "Turan" qələbə qazanıb

27 Feb 2026 19:08 3 baxış
IMG

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV turun daha iki oyunu baş tutub.

"Report"un məlumatına görə, UNEC "Gənclər" komandasını 3:0 (25:7, 25:15, 25:8) hesabı ilə üstələyib.

"Turan" isə səfərdə "Milli Aviasiya Akademiyası"na qalib gəlib - 3:2 (23:25, 23:25, 25:18, 25:20, 15:6)

Xatırladaq ki, XV turda daha əvvəl "Abşeron" "Murov Az Terminal"ı (3:1),"DH Volley" "Gəncə"ni (3:2) məğlub edib.

Xəbər lenti