IMG-LOGO

Xanabad sakini: Burada yaradılan şərait təsəvvür etdiyimizdən daha yüksək səviyyədədir

27 Feb 2026 16:34 3 baxış
IMG

Kənddə yaradılan şərait sakinlərin təsəvvür etdiyindən daha yüksək səviyyədədir.

Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında rayonun Xanabad kənd sakini Eldar Rüstəmov deyib.

O, kənd sakinlərinin uzun illər yurd həsrəti ilə yaşadıqlarını vurğulayıb:

"1991-ci ildə kəndimiz işğal edildi. Bu vaxta qədər müxtəlif yerlərdə yaşadıq. Dövlət tərəfindən bizə hər bir şərait yaradılsa da, hər zaman doğma yurdun həsrətini çəkdik. Şükür, artıq yurdumuza qayıtdıq. Burada yaradılan şərait təsəvvür etdiyimizdən daha yüksək səviyyədədir".

Xəbər lenti